İndoneziyada torpaq sürüşməsi nəticəsində beş nəfər ölüb, onlarla insan itkin düşüb

25 Fevral 2021 09:25 (UTC+04:00)

İdoneziyanın Mərkəzi Sulavesi əyalətində torpaq sürüşməsi baş verib.

Movqe.az-ın TASS-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində qızıl mədənində işləyən ən azı beş nəfər ölüb, 70 nəfər itkin düşüb.

Digər təfərrüatlar barədə məlumat verilməyib.