Myanmada 5.1 bal gücündə zəlzələ baş verib

25 Fevral 2021 10:45 (UTC+04:00)

 

Myanmarın mərkəzi hissəsində 5.1 bal gücündə zəlzələ olub.

Movqeşaz-ın TASS-a istinadən verdiyi məlumata görə, yeraltı təkanlar Hong Kong Rəsədxanasının seysmoloji şəbəkəsi tərəfindən qeydə alınıb.

Zəlzələ Çin vaxtı ilə 10:34-də (06:34 GMT+4) episentri Meythila şəhərindən 210 km şimalda baş verib.

Dağıntı və itkilər barədə məlumat verilməyib.