Bakıda 64 nəfər qarda yıxılaraq xəsarət alıb

25 Fevral 2021 11:51 (UTC+04:00)

 

Bakıda qarlı havada yıxılaraq xəsarət alanların sayı 64 nəfərə çatıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend -ə verilən məlumata görə, fevralın 24-dən etibarən 35 kişi, 29 qadın hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılardan 5-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.