Sabahdan havanın temperaturu yüksələcək

25 Fevral 2021 14:17 (UTC+04:00)

Bu gün gündüz saatlarından başlayaraq, ölkə ərazisində havanın sabitləşəcəyi və əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

G.Məmmədova qeyd edib ki, bu gün Bakıda və Abşeron yarımadasında temperaturun gecə saatlarında 0 dərəcəyə yaxınlaşacağı gözlənilir, mülayim külək əsəcək.

G.Məmmədova əlabə edib ki, fevralın 25-də gündüz saatlarından başlayaraq fevralın 26-da Bakıda və bölgələrdə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Fevralın 26-27-də havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.