Şuşada Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb

26 Fevral 2021 21:50 (UTC+04:00)

 

Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Movqe.az-ın məlumatına görə, AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faciə qurbanlarının xatirəsi respublikamızın hər yerində olduğu kimi, Şuşa şəhərində də bir dəqiqəlik sükutla anılıb.