Dünyada koronavirusdan ölənlərin sayı 2,5 milyon nəfəri ötüb - ÜST

27 Fevral 2021 09:00 (UTC+04:00)

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 427 mindən çox artıb.

Movqe.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 427 644 nəfər yeni koronavirusa yoluxub, 10 093 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 112 649 371, ölənlərin isə 2 501 229 nəfərə çatıb.