İsveçrə sakini lotereyada 210 milyon avro qazandı

27 Fevral 2021 10:30 (UTC+04:00)

İsveçrə vətəndaşı "Euromillions" lotereyasında rekord məbləğdə uduşa sahib olub.

Movqe.az Trend-ə istinadla bildirir ki, sözügedən şəxs fevralın 26-sı axşam saatlarında lotereyadan 210 milyon avro udub.

Qeyd edək ki, "Euromillions" lotereyasının bundan əvvəlki rekord ötən ilin dekabr ayının 11-də qeydə alınıb. Bu rekord 200 milyon avro udan Fransa vətəndaşı təyin etmişdi.