Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin yerli və xarici KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransından yazır

27 Fevral 2021 14:25 (UTC+04:00)

 

Azərbaycan Prezidentinin fevralın 26-da yerli və xarici kütləvi informasiya vasitələri (KİV) üçün keçirdiyi mətbuat konfransı Gürcüstan mətbuatının diqqət mərkəzində olub.

Movqe.az xəbər verir ki, bu ölkənin “marneulifm.ge” informasiya portalı AZƏRTAC-a istinadla Azərbaycan Prezidentinin keçirdiyi mətbuat konfransını tam şəkildə oxucuların diqqətinə çatdırıb.

Bundan başqa, “report.ge”, “aktual.ge”, “interpress.ge”, “gaxa.ge”, “dalğatv.ge”, “1tv.ge” və digər portallar Azərbaycan Prezidentinin söylədiyi müxtəlif fikirlər barədə məlumatlar yayıblar.