Ermənistan prezidenti son iki gündə ikinci dəfə Baş Qərargah rəisi ilə görüşüb

27 Fevral 2021 16:36 (UTC+04:00)

Ermənistan prezidenti Armen Sarkisyan son iki gündə ikinci dəfə ordunun Baş Qərargah rəisi Onik Qasparyanla görüşüb.

Movqe.az Trend-ə istinadla bildirir ki, bu barədə erməni mətbuatı məlumat verir.

Qeyd edək ki, ötən gün prezident O.Qasparyanın iqamətgahına getmişdi. Bu gün isə görüşün prezident iqamətgahında keçirildiyi deyilir.

Xatırladaq ki, Baş Qərargah rəisi fevralın 25-i bəyanat yayaraq baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Əvəzində N.Paşinyan O.Qasparyannı vəzifədən azad etdiyini deyərək istefa sənədini imzalamaq üçün prezident A.Sarkisyana təqdim edib.

A.Sarkisyan isə həmin sənədi imzalamayıb.