Plastmas və ondan hazırlanan məmulatların ixracı artıb

27 Fevral 2021 17:00 (UTC+04:00)

Yanvarda 22,1 ton plastmas və ondan hazırlanan məmulatlar ixrac edilib.

Movqe.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən plastmas və ondan hazırlanan məmulatların dəyəri 22,8 milyon dollar olub.

Xatırladaq ki, 2020-ci ilin yanvarında dəyəri 15,6 milyon dollar olmaqla 20,8 min tonadək plastmas və ondan hazırlanan məmulatlar ixrac edilib.