Çində kimyəvi məhsullar zavodunda 5 nəfər zəhərlənmədən ölüb

28 Fevral 2021 11:25 (UTC+04:00)

Çinin Cilin vilayətində kimyəvi lif istehsal edən müəssisədə baş verən qaz sızması nəticəsində 5 nəfər zəhərlənmədən ölüb.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, elektrik xəttində baş verən qısaqapanma müəssisədə enerji təchizatının dayanmasına, bu da öz növbəsində bəzi avadanlığın sönməsinə səbəb olub. Nəticədə qaz sızması yaranıb.

Hadisə nəticəsində zəhərlənən digər 8 nəfər isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri sabitdir.