Meksikada silahlı hücum zamanı 11 nəfər həlak olub

28 Fevral 2021 13:40 (UTC+04:00)

Meksikanın Xalisko ştatında silahlı hücum nəticəsində on bir nəfər həlak olub, daha iki nəfər xəsarət alıb.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Regional prokurorluq araşdırmanın aparıldığını bildirib.

"Emiliano Sapata küçəsinin səkisində odlu silahdan açılan atəşlə öldürülmüş 10 kişinin meyiti aşkarlanıb. Bundan başqa, evlərdən birində həddi-buluğa çatmamış kişinin meyiti aşkarlanıb. Onun da bədənində odlu silahdan açılan atəş xəsarətləri var", - Xalisko ştatının Prokurorluğunun saytındakı bəyanatda deyilir.

Prokurorluğun məlumatına görə, daha iki nəfər - qadın və uşaq - güllə xəsarətləri alıb, onlara tibbi yardım göstərilir.

Ştat prokurorluğu kütləvi qətl faktı üzrə araşdırmaya başlayıb.