Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalar aparır, pozuntular aşkarlanıb - EKSKLÜZİV

1 Mart 2021 13:18 (UTC+04:00)

Hesablama Palatası Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında yoxlamalar aparır.

Movqe.az bildirir ki, bu barədə “Report”a parlamentdəki mənbə məlumat verib.

Bildirilib ki, aparılan yoxlamalar nəticəsində bəzi pozuntular aşkarlanıb.

Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamaların aparılması faktını “Report”a təsdiqləyib:

“Yoxlamaların nəticələri barədə əlavə məlumatlar veriləcək”.

Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Milli Məclisin deputatı Azay Quliyevdir.