Mərkəzi Bankın valyuta ehtiyatları artıb

2 Mart 2021 16:20 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

Movqe.az Mərkəzi Banka istinadla xəbər verir ki, AMB-nin valyuta ehtiyatları martın 1-nə 6 milyard 367,6 milyon ABŞ dolları olub. Bu göstərici ötən ayın eyni dövrü ilə müqayisədə 2,4 milyon dollar çoxdur.