Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ü keçdi

2 Mart 2021 17:10 (UTC+04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Movqe.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 235 014 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 982 nəfər müalicə olunaraq sağalıb, 3 225 nəfər vəfat edib, aktiv xəstə sayı 2 807 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 996, ötən müddət ərzində isə ümumilikdə 2 610 880 test aparılıb.

[Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ü keçdi - Gallery Image]