Fəxrəddin Manafovun həyat yoldaşı vəfat edib

3 Mart 2021 09:15 (UTC+04:00)

Azərbaycanın Xalq artisti, teatr və kinoaktyoru Fəxrəddin Manafovun həyat yoldaşı Vahidə Sadıqova vəfat edib.

Movqe.az Trend-in məlumatına istinadla bildirir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov instaqram sosial şəbəkəsindəki hesabında bildirib. Vahidə Sadıqova bu gün 65 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Xatırladaq ki, Vahidə Sadıqova Azərbaycan dövlət televiziyasının diktoru olub.