Təbii sərvətlərdən gələn gəlir artıb

3 Mart 2021 12:25 (UTC+04:00)

Cari ildə Neft Fondu Azəri-Çıraq-Günəşli neft yarağından 574,543 milyon, “Şahdəniz” qazı və kondensatının satışından 3,5 milyon dollar gəlir əldə edib.

Yanvar-fevral aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından əldə etdiyi gəlir 3 milyon 538 min ABŞ dolları olub.

Bu barədə Movqe.az-a ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Xatırladaq ki, 2020-ci ildə Neft Fondunun “Şahdəniz” qazı və kondensatının satışından gəliri 293,9 milyon dollar təşkil edib.