Azərbaycan COVID-19-un kəskin olduğu ölkələr siyahısından çıxarıldı

4 Mart 2021 15:58 (UTC+04:00)

Belarus hökuməti koronavirusa yoluxmaların baş verdiyi ölkələrin siyahısını yeniləyib.

Movqe.az “Report”-a istinadla xəbər verir ki, bu ölkənin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, koronavirusla bağlı əlverişsiz epidemioloji vəziyyət olduğu ölkələr siyahısından Azərbaycan, İslandiya, Qırğız Respublikası, Mərakeş çıxarılıb.

Bundan sonra adı çəkilən 4 ölkədən qayıdan Belarus vətəndaşları 10 günlük karantin keçməyəcək.