Ərinin gözünü qazimizə bağışladı - Yəhudi xanımdan İNANILMAZ ADDIM

5 Mart 2021 15:00 (UTC+04:00)

 

İsraildən olan yaşlı qadın vəfat edən ərinin gözünü əlil Azərbaycan əsgərinə bağışlayıb.

Movqe.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Xabad-Or-Avner təhsil mərkəzinin direktoru Zamir İsayev məlumat verib.

O deyib:

"Doktor İşay maraqlı bir əhvalat danışdı: Demək, israilli bir qadın rəhmətə getmiş həyat yoldaşının göz buynuzcuqlarını xüsusi olaraq Azərbaycan əsgərinə ianə edib. İndi əsgərimiz məhz bunun sayəsində işıq üzü görüb. Qeyd edim ki, İsrailin səhiyyə naziri, orqanı (göz) İsrail hüdudlarından çıxarmaq üçün xüsusi icazə verib"

Onu da qeyd edək ki, İsrailin Səhiyyə Nazirliyi (Misrad xa-Briyut) gözün buynuz qişasının ölkə sərhədindən çıxarılaraq Azərbaycana aparılması üçün icazə vermişdi.

Bakıda əməliyyat aparılıb və həmin gözun buynuz qişası uğurla transplantasiya olunub.

Əməliyyatı israilli cərrahlar gerçəkləşdiriblər.