Coğrafiya İnstitutunda Elmi Şuranın iclası keçirilib

5 Mart 2021 18:36 (UTC+04:00)

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a bildirilib ki, iclasda Qarabağın coğrafiyasına həsr edilmiş monoqrafiyanın hazırlanması məsələləri müzakirə edilib, ilkin xəritəyə baxış keçirilib. Kitabın sahələr üzrə bölmələrinə məsul əməkdaşların toplanaraq ayrıca müzakirə keçirmələri qərara alınıb.

Kadrlar şöbəsinin müdiri Rəsul İsmayılov pandemiya şəraiti ilə əlaqədar olaraq, Institut əməkdaşlarının işə davamiyyətinin vəziyyəti haqqında danışıb, keçən fevral ayı üçün əməkdaşların işə saat hesabı ilə davamiyyəti barədə məlumat verib, işçilərin qəbul edilmiş qaydalara riayət edərək işə davamiyyətinə şöbə müdirlərinin nəzarət etmələrini məqsədyönlü hesab edib.

İnstitutun Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev qarşıdan gələn 8 Mart Beynəlxalq qadınlar Günü münasibəti ilə Coğrafiya İnstitutunun qadın əməkdaşlarını rəhbərlik adından təbrik edib, coğrafiya elminin inkişafında xüsusi rolu olan qadın alimləri yada salıb, eləcə də İnstitutun elmi və ictimai həyatında qadınların fəal rol oynadıqlarını diqqətə çatdırıb.

Tədbirin sonunda qadın əməkdaşlara hədiyyələr paylanılıb.