Avropa koronavirusun üçüncü dalğası ilə üz-üzədir

5 Mart 2021 19:45 (UTC+04:00)

Avropa ölkələrində koronavirus pandemiyası ilə bağlı vəziyyət pisləşməkdə davam edir.

Movqe.az Trend-ə istinadla bildirir ki, bəzi ölkələr yenidən qapanma və sərt karantin tədbirlərinə tətbiq edir.

İtaliyada bu həftə sonunda komendant saatının qüvvəyə minəcəyi elan edilib.

Yunanıstanda son günlərdə yoluxma hallarının kəskin artımı müşahidə olunur. Ölkənin Səhiyyə Nazirliyi əvvəl az yoluxma qeydə alınan əraziləri də "qırmızı zona" siyahısına daxil edib. "Qırmızı zona"da yaşayanların yaşadığı rayonları tərk etmək qadağan olunub.

Latviyanın səhiyyə naziri ölkədə "Britaniya ştammı"nın yayılması ilə əlaqədar həyəcan təbili çalmağın vaxtı çatdığını bildirib.

Eyni zamanda, vaksin çatışmazlığı da Avropa ölkələrində vəziyyəti qəlizləşdirir. Ötən gün İtaliya qıtlığı əsas gətirərək 250 min "AstraZeneca" vaksininin Avstraliyaya ixracına qadağa qoymuşdu.