Türkiyə və Yunanıstan hərbi heyətləri arasında növbəti görüş olub

5 Mart 2021 21:50 (UTC+04:00)

NATO-nun qərargahında Türkiyə və Yunanıstan hərbi heyətləri arasında 11-ci görüş baş tutub.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumatda qeyd edilir ki, təhlil metodlarının müzakirə olunduğu görüş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun Baş katibi Yens Stoltenberq arasında əldə edilən razılıq əsasında keçirilib.