Azərbaycan neftinin qiyməti 69 dolları ötüb

6 Mart 2021 14:40 (UTC+04:00)

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 5-də 69,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,56 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 68,49 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,52 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 65,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,68 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 69,01 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,53 dollar/barel çoxdur.