Ötən gün ölkəmizdə 27 mindən çox vətəndaş COVID-19 əleyhinə peyvənd olunub

6 Mart 2021 15:15 (UTC+04:00)

Martın 5-də Azərbaycan Respublikasında 27 min 73 nəfər yeni koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.

Movqe.az  koronavirusinfo.az saytına istinadla xəbər verir ki, yanvarın 18-dən başlayaraq hazırkı dövrədək ölkəmizdə 390 min 489 nəfər COVID-19 əleyhinə peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam edir.