İndoneziyada bir sutkada koronavirusa 5 767 yoluxma qeydə alınıb

6 Mart 2021 23:40 (UTC+04:00)

İndoneziyada ötən sutka ərzində yeni növ koronavirusa 5 757 yoluxma halı qeydə alınıb.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 373 836 nəfərə çatıb.

Məlumata əsaəsn, son sutkada koronavirusdan 128 nəfər ölüb, ölənlərin ümumi sayı 37 154 nəfər təşkil edir.