Paraqvay prezidenti etirazlar fonunda bütün nazirlərdən istefa vermələrini istədi

7 Mart 2021 10:45 (UTC+04:00)

Paraqvay Prezidenti Mario Abdo Benitez ölkədə başlayan etiraz aksiyaları ilə əlaqədar hökumətdə dəyişikliklər etmək üçün bütün nazirlərdən istefa vermələrini istəyib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Paraqvayın informasiya və rabitə naziri Manuel Brunetti deyib.

Nazir bildirib: "Prezident vətəndaşları eşitdi. Kabinetindəki bütün nazirlərdən istefa ərizələrini ona təqdim etmələrini istədi. Prezident dəyişiklikləri elan edəcək".

M.Brunetti qeyd edib ki, dövlət başçısı yeni təyinatları günün sonuna qədər açıqlayacaq.