Azərbaycanda peyvənd olunanların sayı 407 mini ötüb

7 Mart 2021 16:45 (UTC+04:00)

6 mart tarixində Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 17,495 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ovqe.az-a  verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 407,979 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.