Azərbaycan hər zaman etibarlı tərəfdaşdır

9 Mart 2021 12:12 (UTC+04:00)

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə güclü elmi, intellektual, kadr potensialının yaradılmasına nail olmuş, respublikamızın bu gün müstəqil yaşamasının möhkəm təməlini qoymuşdur. Dahi öndər hələ ötən əsrin 70-ci illərində Azərbaycan Respublikası iqtisadiyyatının inkişafı üçün yeni yanaşma yolları müəyyənləşdirmiş, xalq təsərrüfatında köklü dəyişikliklər aparılmasına, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində yeni metodların tətbiqinə qərar vermişdir. Nəticədə ötən əsrin 70-ci və 80-ci illərində iqtisadi və sosial sahələrdə mühüm uğurlar əldə edilmiş, əhalinin rifah halı yaxşılaşmışdır. Ulu öndər ikinci dəfə respublikamıza rəhbərliyi dövründə Azərbaycanı vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsindən xilas etdi, hərc-mərcliyin, xaosun, separatçılığın, etnik münaqişələrin qarşısını aldı, Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminə nail oldu, iqtisadi-sosial sahələrdə böhranı aradan qaldırdı. Ölkəmizin beynəlxalq imici möhkəmləndi. Ən böyük uğuru olan “Əsrin müqaviləsi imzalandı. 

Azərbaycan Prezidenti cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi yolla irəliləyir. Bunun ən başlıca səbəbi Azərbaycanda həyata keçirilən siyasətin xalqın mənafeyini tam ifadə etməsidir. 44 günlük Vətən müharibəsi dövründə  Azərbaycan dünya dövlətlərinə bir daha sübut etdi ki, Ermənistanın işğal etdiyi torpaqlar bizim əzəli torpaqlarımızdır. Bunu heç vaxt azərbaycan xalqı bağışlamaz. Düzdür, bir çox dövlətlər bu məsələyə müdaxilə etmək istəsələr də, ancaq Ali Baş komandanımız cənab İlham Əliyevin qətiyyətli, uzaqgörən siyasəti nəticəsində buna nail ola bilmədilər

Bu gün Müstəqil Azərbaycan Resbublikası cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti nəticəsində   beynəlxalq aləmdə  özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Ölkəmizdə həyata keçirilən uğurlu siyasət dövlətimizin əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirib, dinamik inkişafına şərait yaradıb. Ölkəmizdə qazanılan uğurlar  beynəlxalq aləmdə imicini  əhəmiyyətli dərəcədə gücləndirir. Bu baxımdan bütün beynəlxalq təşkilatlar, böyük dövlətlər Azərbaycana  maraq göstərərərk bizimlə tərəfdaşlıq etmək istəyirlər.Bütün bunların başında isə möhtərəm Prezidentimiz İlham Əliyev  müasir dövrün tələblərinə uyğun olaraq həyata keçiridiyi  siyasəti dayanır.

Azərbaycan  xarici siyasətində istər iqtisadi, istərsədə siyasi məsələlərdə birmənalı mövqe nümayiş etdirib. Ölkəmiz beynəlxalq təşkilatlarla əməkdaşlıqda qarşılıqlı maraq və mənafeyinin qorunması istiqamətində çıxış edir.Azərbaycanın apardığı xarici siyasətdə heç bir gizli məqamlar yoxdur. Müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeyi  möhkəmlənmiş, əlaqələri genişlənmişdir. Dövlət başçımızın dünya səviyyəsində həyata keçirdiyi xarici siyasəti Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxarıb. 

Təbii ki, sadalanan məqamların fonunda Dünya İqtisadi Forumunun qlobal rəqabətlilik hesabatında yer alan rəqəmlər tamamilə normal və gözləniləndir. Azərbaycanın vurğulanan istiqamətlərdə irəliləməsi məntiqidir. Hətta, Azərbaycan bununla kifayətlənməyəcək. Ölkəmiz İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atacaq. Yekun olaraq isə Azərbaycan müstəqillik və suverenlik yolunda növbəti zirvələri fəth edəcək. Vaxt gələcək ki, ermənilərin özləri Azərbaycanın tərkibində qalmaq üçün İlham Əliyevə xahiş-üzrxahlıq məktubu göndərəcəklər. Onun altında yüzminlərin və milyonların imzası olacaq. Azərbaycan bu kimi yüksəkliklərə doğru irəliləyir.

Bəxtim QARAYEV,
Masallı rayonu, Qasımlı kəndinin sakini.