Rusiyada “Akkuyu” AES üçün enerji blokunun hazırlanmasına başlanıb

15 Mart 2021 23:30 (UTC+04:00)

Rusiyanın “Atomenerqomaş” şirkətinin Volqoqradda fəaliyyət göstərən “AEM-texnologii” filialı Türkiyənin “Akkuyu” atom elektrik stansiyası (AES) üçün enerji blokunun hazırlanmasına başlayıb.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə “AEM-texnologii” şirkətinin baş direktoru İqor Kotov məlumat verib.

Onun sözlərinə görə, “Akkuyu” müəssisənin vacib sifarişlərindəndir. AES-in birinci enerji bloku üçün avadanlıq artıq Türkiyəyə çatdırılıb və digər üç blokun avadanlığı da vaxtında sifarişçiyə çatdırılacaq.

Xatırladaq ki, “Akkuyu” AES 4 enerji blokundan ibarət olacaq. Birinci blokun 2023-cü ildə Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə istifadəyə veriləcəyi gözlənilir.