Şirvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

17 Mart 2021 11:45 (UTC+04:00)

Şirvan şəhəri ərazisində şəhər sakini M.Tağıyev həmyerlisi V.Dəmirovun idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub.

Movqe.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.