Yanvar-fevral aylarında sosial təminat üzrə əhaliyə 1 milyard 21 milyon manat vəsait ödənilib

17 Mart 2021 16:00 (UTC+04:00)

Yanvar-fevral aylarında sosial təminat üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 7,1% çox olmaqla 1 milyard 21 milyon manat vəsait ödənilib. Bunu Movqe.az-a ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindəb bildiriblər. 

Sosial təminat növləri (pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı) üzrə ödənişlərdə artım dinamikası 2021-ci ildə də davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-fevral aylarında həmin istiqamətlər üzrə ümumilikdə 2,3 milyonadək şəxsə ödənişlər edilib.

Qeyd olunan sosial təminat növləri üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 7,1% və ya 67,4 milyon manat çox olmaqla 1 milyard 21 milyon manat vəsait ödənilib.