Aralıq dənizində 5,7 bal gücündə zəlzələ baş verib

18 Mart 2021 09:45 (UTC+04:00)

Seysmoloqlar Əlcəzair sahillərində Aralıq dənizində 5,7 bal gücündə zəlzələ qeydə alıblar.

Movqe.az Trend-ə istinadla bildirir ki, bu barədə Avropa-Aralıq Seysmoloji mərkəzi bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Becaya liman şəhərindən 23 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 80 kilometr dərinlikdə yerləşib.

Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.