Nəsimi rayonunda Şəhid Nicat Tarıverdiyevin valideynlərinin yaşadığı həyət abadlaşdırılıb - Fotolar

18 Mart 2021 17:12 (UTC+04:00)

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

İcra hakimiyyətindən Movqe.az-a bildirilib ki, Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılaradaim diqqət və qayğı ilə yanaşılır. Həyata keçirilən silsilə tədbirlər çərçivəsində Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən Şəhid Tarıverdiyev Nicat Şöhrət oğlunun valideynlərinin yaşadığı A.Məhərrəmov küçəsi 35 saylı binada yerləşən 3 otaqlı mənzil əsaslı təmir edilib. Şəhid ailəsinin və binada yaşayan digər sakinlərin istəkləri nəzərə alınaraq A.Məhərrəmov küçəsi 35 və37 saylı binaların həyətlərində və ətraf ərazilərdə abadlıq-quruculuq işləri aparılıb, binanın giriş hissəsinə Şəhid N.Tarıverdiyevin barelyefi vurulub. Novruz bayramı ərəfəsində həyət sakinlərin istifadəsinə verilib.

Görülmüş işlər çərçivəsində həyətə 1500 kv.m. asfalt örtüyü, 350kv.m. tamet, 400kv.m. qazon vurulub, 500 metr yeni bardürlər qoyulub, yaşıllıqların suvarılması üçün su xətləri çəkilib, mövcud yaşıllıqlar bərpa edilərək ağaclar budanıb, 50 ədəd müxtəlif növ həmişəyaşıl ağac və kol əkilib.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binaların həyətlərinə 2 ədəd söhbətgah, 4 ədəd oturacaq qoyulub, uşaq və şahmat meydançaları salınıb, müxtəlif növ uşaq oyun elementləri, idman qurğuları və 3 ədəd idman fitnes alətləri quraşdırılıb. Həyətdə işıqlandırma sistemi yenidən qurularaq, 4 ədəd yeni işıq dirəklərivə əlil arabalarının normal hərəkətinin təminolunması üçün 2 yerdə pandus quraşdırılıb. Rayon ərazisinde aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.