ABŞ-da atışma zamanı 10 nəfər öldürülüb

23 Mart 2021 11:34 (UTC+04:00)

Naməlum şəxsin Boulder (Kolorado ştatı, ABŞ) şəhərində supermarketdə açdığı atışma nəticəsində 10 nəfər həlak olub.

Moivqe.az Trend-ə istinadən xəbər verir ki, ölənlər arasında bir polis var. Hüquq-mühafizə orqanlarının əməkdaşları təcavüzkarı saxlamağı bacarıblar. Yerli polis bu məlumatı hələ təsdiqləməyib.

Daha əvvəl Boulder polis idarəsi "Twitter" səhifəsində "King Soopers" supermarketinin yaxınlığında naməlum şəxsin atəş açdığını və sonradan supermarketin içində girərək davam etdirdiyini bildirib.