Çində kömür mədənində baş verən qəza 4 nəfərin itkin düşməsinə səbəb olub

25 Mart 2021 09:00 (UTC+04:00)

Çində kömür mədənində baş verən partlayış nəticəsində 4 nəfər itkin düşüb.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə Şensi vilayətində baş verib. Hadisə yerinə gələn xilasedicilər 8 nəfəri sağ çıxara biliblər.

Hazırda itkin düşənlərin axtarışları aparılır.