Kolumbiyada mədəndə uçqun baş verib, 15 nəfər dağıntılar altında qalıb

27 Mart 2021 09:45 (UTC+04:00)

Kolumbiyanın mərkəzi hissəsində qılız mədənində uçqun baş verib.

Movqe.az Trend-ə istinadla bildirir ki, bu barədə özünün "Twitter" səhifəsində Milli Dağ-Mədən Agentliyinin rəhbəri Xuan Migel Duran yazıb.

Agentliyin rəhəbri bildirib: "Keldas departamentinin Neira bələdiyyəsində yerləşən qızıl mədənindəki qəza səbəbiylə təcili yardım protokolu işə salınıb. Bizim hesablamalarımıza görə, 15 mədənçi itkin düşüb".

"El Espectador" qəzetinin məlumatına əsasən, mədəndə qəza torpaq sürüşməsi səbəbilə baş verib. Hadisə yerində xilasedicilər işləyir.