Xəzər dənizində zəlzələ olub

27 Mart 2021 11:19 (UTC+04:00)

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a verilən xəbərə görə, yeraltı təkanlar yerli vaxtla saat 19:48-də Xəzər dənizində qeydə alınıb.

Zəlzələnin maqnitudası 3,5, dərinliyi 25 kilometr olub.