Sabah hava əsasən yağmursuz olacaq

27 Mart 2021 13:24 (UTC+04:00)

Azərbaycanda martın 28-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Movqe.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7°, gündüz 11-14° isti, Bakıda gecə 5-7°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 767 millimetr civə sütunundan 772 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Martın 28-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-6°, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacağı bildirilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, martın 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.