Ceyhun Bayramov Tacikistana səfərə yola düşüb

29 Mart 2021 12:13 (UTC+04:00)

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Tacikistana səfərə yola düşüb.

Xarici İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, səfər çərçivəsində C.Bayramovun “Asiyanın Ürəyi – İstanbul Prosesi” 9-cu Nazirlər Konfransında iştirak etməsi, habelə yüksək səviyyəli dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.