Azərbaycan Ordusunun hərbi qulluqçusu göldə boğularaq ölüb

31 Mart 2021 10:34 (UTC+04:00)

Martın 30-da Xocavənd rayonu ərazisində xidmətdən kənar vaxtı göldə çimməyə cəhd göstərən Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Əliyev Heydər Rövşən oğlu boğularaq ölüb.

Bu barədə Movqe.az-a Müdafiə Nazirliyindən bildirilib.

Faktla bağlı araşdırma aparılır.