Coğrafiya instutu "YAŞAT" fonduna ianə edib

31 Mart 2021 11:24 (UTC+04:00)

AMEA akademik H.Ə.Əliyev ad. Coğrafiya  İnstitutu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılan “YAŞAT” Fonduna 1000 manat məbləğində ianə edib.

Movqe.az-a verilən məlumata görə, Coğrafiya  İnstitutunun rəhbərliyi və kollektivi şəhid və qazi ailələrinə xüsusi qayğı ilə yanaşır, vaxtaşırı onları evlərində və ya xəstəxanada ziyarət edərək problemləri ilə maraqlanır, müəyyən köməkliklər göstərməklə sevindirməyə çalışırlar.