Dünyada ötən sutka koronavirusa 500 mindən çox yoluxma qeydə alınıb - ÜST

1 Aprel 2021 10:06 (UTC+04:00)

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 509 mindən çox artıb.

Movqe.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 509 746 nəfər yeni koronavirusa yoluxub, 8 855 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 127 877 462, ölənlərin isə 2 796 561 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.