Ceyhun Bayramov Moskvaya gedib

1 Aprel 2021 12:30 (UTC+04:00)

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Movqe.az-a bildirilib ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Moskva şəhərinə yola düşüb. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun, həmçinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.