1731 hektar ərazi minalardan tam olaraq təmizlənib - Agentlik

2 Aprel 2021 11:36 (UTC+04:00)

27 sentyabrdan bu günə qədər Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən keçmiş cəbhəboyu ərazilərdə əməliyyat axtarış tədbirləri davam etdirilir.

Movqe.az Trend-ə istinadla bildirir ki, bunu jurnalistlərə açıqlamasında ANAMA-nın operativ qərargahının rəisi İdris İsmayılov deyib.

O bildirib ki, bu günə qədər 1731 ha ərazi tam olaraq təmizlənib:

“Ərazilərdən 1737 ədəd partlamamış hərbi-sursat və mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyat axtarış tədbirləri Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Ağdam, Xocavənd istiqamətlərində aparılıb. Axtarışlar Şuşa şəhərində də davam etdirilir”.