Almaniyada pensiya yaşı artırıla bilər

2 Aprel 2021 11:55 (UTC+04:00)

Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı liderləri ölkənin sosial sferasında yaranmış maliyyə problemlərini özünəməxsus qaydada həll etmək istəyirlər.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, təşəbbüsün müəllifləri pensiya yaşını 67 yaşadək artırmağı təklif edirlər. Almaniyanın “Bild” qəzetində dərc olunan məqalə cəmiyyətdə, xüsusən də tezliklə pensiyaya yollanmağa hazırlaşanlar arasında ciddi narazılığa səbəb olub. Əgər təklif Bundestaqda təsdiqlənərsə, onlar daha çox işləməli olacaqlar.

Təklifin təşəbbüskarları isə hesab edirlər ki, pensiya yaşının indiki formada qalması belə davam edə bilməz. Təşəbbüsdə pensiya yaşının tənzimlənməsi təklif edilir. Belə ki, 63 yaşında təqaüdə çıxmağı onlar səhv hesab edirlər.