Bakının əsas magistral yollarında sürət həddi endirilib

3 Aprel 2021 09:15 (UTC+04:00)

Bakıda yağışlı hava şəraiti ilə bağlı əsas yollarda sürət həddi endirilib.

Movqe.az AZƏRTAC-a istinadla bildirir ki, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.