Azərbaycanda 2 392 nəfər COVID-19-a yoluxub, 31 nəfər vəfat edib

3 Aprel 2021 16:45 (UTC+04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 392 yeni yoluxma faktı qeydə alınıb, 1 063 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Movqe.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.