Salyan şəhər sakini itkin düşüb

3 Aprel 2021 18:45 (UTC+04:00)

 

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, Salyan şəhər sakini, 1966-cı il təvəllüdlü Xudaverdiyev Əbülfəz Qabil oğlu martın 1-i səhər saatlarında evdən çıxaraq Bakıya gedib və bir daha geri qayıtmayıb.

Ötən gün onu Bakının “Torqovı” adlanan ərazisində görənlər olub.

Qeyd edək ki, I Qarabağ müharibəsi şəhidinin qardaşı olan Ə.Xudaverdiyev fiziki məhdudiyyətli və II qrup əlildir.

Onu görənlərdən Salyan Rayon Polis Şöbəsinə və aşağıdakı nömrəyə zəng vurmaları xahiş olunur: 051 768 66 89.