Türkiyənin dünya bazarlarına avtomobil ixracı artıb

5 Aprel 2021 10:20 (UTC+04:00)

2021-ci ilin yanvar-mart aylarında Türkiyənin dünya bazarlarına avtomobil ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz artaraq 7,69 milyard dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.

Mart ayında Türkiyənin avtomobil ixracı 2,892 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 40,4 faiz artıb.

Son 12 ayda (mart 2020 - mart 2021) Türkiyə 26,259 milyard dollar məbləğində avtomobil ixrac edib.