Azərbaycan Texniki Universiteti ilə “Pera Plastik RAM BNT LTD” əməkdaşlığa başladı

5 Aprel 2021 15:30 (UTC+04:00)

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Pera Plastik RAM BNT LTD” arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. 

İnstitutun media ilə iş şöbəsindən Movqe.az-a bildirilib ki, müqaviləni rektor Vilayət Vəliyev və şirkətin direktoru Şərəf Hizarcı imzalayıb. Müqaviləyə əsasən, Maşınqayırma və robototexnika fakültəsində təhsil alan bakalavr və magistrlərin şirkətdə istehsalat və elmi-tədqiqat təcrübələrinə cəlb olunması, məzunların isə işlə təmin edilməsi nəzərdə tutulub. Qarşılıqlı elmi-nəzəri və ustad dərslərinin keçirilməsi, şirkətin əməkdaşları üçün AzTU-da ixtisasartırma kurslarının təşkili də planlaşdırılıb.

Bundan başqa, rezin və plastik məmulatlar istehsalı, toxuculuq sənayesi müəssisələrində onlayn idarəetmə və satış sisteminin elmi-praktik əsaslarının hazırlanması, həmçinin bu istiqamətdə maarifləndirmə tədbirlərinin təşkili də qərara alınıb.